Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan bildirilib.
Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, Azərbaycan və Keniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin günü-gündən genişləndiyini deyib. Ölkələrimiz arasında bu il diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsini bildirən Baş prokuror, 2022-ci ilin noyabr ayında Azərbaycanın Nayrobidəki Səfirliyinin təsis edilməsini ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının göstəricisi olduğunu xüsusi vurğulayıb.
Ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Keniyanın Baş prokuroru Renson İnqonqa göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, transmilli cinayətkarlığa, o cümlədən terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə və korrupsiyaya qarşı mübarizə sahələrində, həmçinin prokurorların peşə hazırlığı və ixtisasartırma sahəsində təcrübə mübadiləsinin aparılması sahəsində Azərbaycan modelinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.
Kamran Əliyev ötən illərdə Azərbaycanın da terrora məruz qalmış ölkələrdən biri olmasını, Ermənistanın uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlamasını, lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazilərinin otuz illik işğalına son qoyulduğunu, 2023-cü ilin sentyabr ayında isə ordumuz tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığını bildirərək, keniyalı qonaqları Ağdam rayonuna səfərə dəvət edib.
Baş prokuror BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artdığının bariz nümunəsi olduğunu bildirib. Renson İnqonqa ətraf mühit və iqlim dəyişmələri məsələlərinin ölkəsi üçün vacib əhəmiyyət kəsb etdiyini, ötən ilin sentyabr ayında Afrika İqlim Sammitinin Keniyada keçirildiyini qeyd edərək, ölkəmizdə baş tutacaq mötəbər tədbirdə aktiv iştirak edəcəklərini vurğulayıb.Kamran Əliyev qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Hüquq-mühafizə orqanları
Baş Prokuror Kamran Əliyev Qaradağda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluöun mətbuat xidmətindən e-huququ.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev fevralın 28-də saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.
Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.
Bu barədə e-huquq.az-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Onun sözlərinə görə, görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35,3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb.
“Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmayıb. Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti üçün də uğurlu olub. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb. Hərbi Prokurorluğun kollektivi qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir”, – F.Əliyev qeyd edib.
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb.
Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var.
Buro22.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”, – DİN rəsmisi qeyd edib.
2023-cü ilə 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Buro22.az xəbər verir ki, bunu yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.
Ötən il 58 nəfər Ermənistanın mina terrorunun qurbanı olub.
Buro22.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışında deyib.
O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Baş prokuror bildirib ki, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Uzun illərdir Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayətlər törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb.
Buro22.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, saxlanılan separatçılarınonların Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunması təmin olunacaq.
Ötən il prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilir.
Buro22.az xəbər verir ki, Baş Prokurorluqda keçirilən iclasda Mərkəzi aparatın, Naxçıvan Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.
Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Bakı və regionlar üzrə cinayət işləri ilə bağlı ən çox bəraət qərarı istintaqı Sabunçu Rayon Polis İdarəsi tərəfindən aparılan işlər üzrə çıxarılıb.
Buro22.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, məhkəmə nəzarəti qaydasında ləğv edilən cinayət işi üzrə icraata xitam verilməsi və icraatın dayandırılması haqda qərarların çıxarılmasına görə birinci yerdə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi gedir.