Güzəştli pensiya hüququ verən peşələrin siyahısı dəyişdi

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-28 18:12

Nazirlər Kabineti bəzi peşələrin güzəştli pensiya siyahısına dəyişiklik edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib. Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən qəbul olunub.

Qərara əsasən, 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarla təsdiq edilmiş siyahının 2.3-cü bəndində bir sıra dəyişikliklər edilib:

  • “qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər” ifadəsi “qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər” şəklində dəyişdirilib;

  • “əməliyyat bölməsində operatorlar” sətri siyahıdan çıxarılıb, əvəzində “qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar” ifadəsi əlavə olunub;

  • “metallurqlar” sətri siyahıdan çıxarılıb;

  • Rəhbərlər və mütəxəssislər bölməsinə “mühəndislər, o cümlədən elektrik mühəndisləri” sətrindən sonra yeni bir sətrin əlavə olunması qərara alınıb (sətrin mətni sənəddə göstərilməyib).

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, altı ay ərzində tarif-ixtisas sorğu kitabçalarını yeni qərara uyğunlaşdırsın və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat versin.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt