İstilik xidmətinin qiyməti 40 faizdən çox artırıldı

Azərbaycan Tarif Şurası istilik təchizatı xidmətinin qiymətini 40 faizdən çox yüksəldib.
Bununla bağlı iyulun 30-da qurum məlumat yayıb.
Məlumata görə, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata çatdırılıb.
Sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata yüksəldilir.
Qərar bu il dağ rayonlarında noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tətbiq ediləcək.
2025-ci ilin yanvarında qaz və elektrikin də qiymətləri limitlərdən asılı olaraq yüksəldilmişdi.