Vəkillər Kollegiyasının rəhbərliyi Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimində iştirak edib

by admin
0 comment
A+A-
Reset

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında (MR) rəsmi
səfərdə olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri
Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun
(VB) açılış mərasimində iştirak edib.

Mərasimdən əvvəl nümayəndə heyəti “ASAN xidmət”
mərkəzində vəkil kabineti ilə tanış olub.

Kollegiya sədri A.Bağırov “ASAN xidmət” mərkəzi
ilə səmərəli əməkdaşlıq edildiyini, bunu yüksək qiymətləndirdiyini söylib, o
cümlədən ASAN VB-nin əməkdaşlarına tövsiyələrini verib.

Sonra ARVK-nın sədri A.Bağırov mərasimdə rəmzi lenti
kəsib.

NMRVK-nın sədri Vüsal Həsənov qonaqları büro ilə
tanış edərək ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, NMRVK-nın inzibati
binasında yerləşən büro 5 otaqdan ibarətdir. Büroda VB-nin müdiri, vəkil
otaqları və dəftərxanayerləşir. Burada əlverişli iş şəraiti üçün lazımi
inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait
yaradılıb. Həmçinin, büroda vəkillərin istirahəti, vətəndaşlarla görüş otağı, habelə
müvafiq avadanlıqlar və müasir texnika ilə təchiz olunub. Eyni zamanda, ASAN VB
Naxçıvan “ASAN xidmət” mərkəzində də fəaliyyət göstərir.

Daha sonra NMRVK-nın üzvlərinin iştirakı ilə görüş
keçirilib, ARVK-nın sədri A.Bağırov çıxış edərək iştirakçıları salamlayıb, son
illər Kollegiyada görülən işlərdən, Azərbaycanda vəkilliyin inkişafından
danışıb, habelə vəkillərin sayının getdikcə artdığını söyləyib.

Ölkəmizdə vəkil bürolarının sayının 137-ə çatdığını
bildirən sədr bütün vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini
və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin
yaradıldığını dilə gətirib.

A.Bağırov respublika ərazisində fəaliyyət göstərən
bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində
geniş işlər aparıldığını, bu istiqamətdə Kollegiya tərəfindən xüsusi önəm
verildiyini vurğulayıb.

Son dövrlər Naxçıvan MR-də vəkillik sahəsində görülən
işlərə, islahatlara da toxunan sədr NMRVK-nın fəaliyyəti, uğurları, problemlərin
həlli məsələsindən söz açıb, o cümlədən gələcəkdə yeniliklərin olacağını, habelə
vəkillərin sayının 100 faizə çatdığını bildirilib.

Sonda vəkillərin peşə fəaliyyəti
zamanı üzləşdikləri problemləri və təklifləri dinlənilib, ARVK Rəyasət Heyəti tərəfindən
son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumatlar verilib,
vəkilləri maraqlandıran suallar cavablandırılıb, habelə peşə fəaliyyəti ilə
bağlı müzakirələr aparılıb, o cümlədən NMRVK-da yeni vəkil bürolarının açılması
təklifi irəli sürülüb.


Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.