Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

by admin
0 comment
A+A-
Reset

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
(ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar
Respublikasında (MR) rəsmi səfərdədir.

Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan
MR-in 100 illiyi ilə bağlı olaraq mayın 7-də Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyası (NMRVK) tərəfindən ARVK-nın rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər
Vəkil Bürosunda (VB) pulsuz hüquqi yardım aksiyası keçirilib.

Aksiyadan əvvəl nümayəndə heyəti NMRVK-nın inzibati
binasında son illər yaradılmış şərait ilə tanış olub. 
Sonra vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin,
müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. 
Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati
cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər
sosial məsələlərlə bağlı olub.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi
və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq Şərur rayon VB-nin inzibati
binasında da pulsuz hüquqi yardım aksiyası keçirilib.

Qeyd edək ki, ARVK-nın sədri Anar Bağırovun
başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri – Pərviz Ələkbərov,
Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri – Dilarə Əfrasiyabova, Lalə
Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram Orucov, Vəkillərin
İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik” Komitəsinin
sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən III
“Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə təmsil olunub. 





Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.